İrakli Ğaribaşvili – 2012-ci ildə Gürcüstan xalqı aydın iradə ifadə etdi və ölkədə radikal dəyişiklikləri dəstəklədi, insan hüquqları hökumətimizin əsas prioritetidir

14:05, 10.12.2021

2012-ci ilin bir oktyabr Parlament seçkilərilə, Gürcüstan xalqı aydın iradə ifadə etdi və ölkədə radikal dəyişikliklərin həyata keçirilməsini dəstəklədi, insan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas prioritetidir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Hökumət başçısının dediyinə görə, Gürcüstan hökuməti hər hansı qrupa mənsubiyyətindən asılı olmayaraq Gürcüstan vətəndaşları üçün bərabər, azad və ləyaqətli şəraitin yaradılması qayğısına qalır.

Baş nazir qeyd edir ki, Gürcüstan hökuməti Gürcüstan vətəndaşlarının ifadə azadlığının, inkişafının və irəliləyişinin qarantıdır və olacaq.

“2012-ci ilin bir oktyabr Parlament seçkilərilə, Gürcüstan xalqı aydın iradə ifadə etdi və ölkədə radikal dəyişikliklərin həyata keçirilməsini dəstəklədi. Gürcüstanın yeni seçilmiş hökuməti bütün sahələrdə genişmiqyaslı islahatlar aparmağı qarşısına məqsəd qoydu. Hökumət proqramlarına müvafiq olaraq, ötən dövrdə vətəndaşların konstitusiya hüquqlarının toxunulmazlığının gücləndirilməsi, demokratik dəyərlərə əsaslanan institutların qurulması istiqamətində mühüm işlər görüldü. İnsan hüquqları və azadlıqlarının müdafiəsi hökumətimizin əsas prioritetidir. Gürcüstan hökuməti hər hansı qrupa mənsubiyyətindən asılı olmayaraq Gürcüstan vətəndaşları üçün bərabər, azad və ləyaqətli şəraitin yaradılması qayğısına qalır, çünki biz inanırıq ki, demokratik dövlət qurmaq üçün bütün qrupların, ayrı-ayrı şəxslərin mənafeyini qorumaq, onların hüquqi statusunun qayğısına qalmaq vacibdir. Gürcüstan hökuməti Gürcüstan vətəndaşlarının ifadə azadlığının, inkişafının və irəliləyişinin qarantıdır və olacaq. İnanırıq ki, əhali və beynəlxalq tərəfdaşlarla birlikdə biz çətinliklərin öhdəsindən gələcək, ölkənin demokratik inkişafını və Avro-Atlantik strukturlara inteqrasiyasını daha da sürətləndirə biləcəyik”, – baş nazir, İrakli Ğaribaşvilinin bəyanatında deyilir.

Oxşar