İrakli Ğaribaşvili – 2008-ci ildə dünyada heç kim Gürcüstanın Rusiya işğalının qurbanı olmasına, ölkənin 20 faizini işğal etməsinə kifayət qədər diqqət yetirmədi, dünyanın buna adekvat, düzgün reaksiyası olmadı
Hamıya xatırlatmaq istərdim ki, 2008-ci ildə, lap açıq desək, dünyada heç kim suveren bir xalqın, müstəqil ölkə olan Gürcüstanın Rusiya işğalının qurbanı olmasına yetərincə diqqət yetirmədi. Rusiya qonşu ölkənin 20 faizini işğal etdi və heç bir reaksiya olmadı, dünyanın adekvat, düzgün reaksiyası olmadı. Rusiyaya qarşı heç bir sanksiya tətbiq edilməyib”, – Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Qətər İllik İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.
Hökumət başçısının qeyd etdiyi kimi, 2014-cü ildə hamı Krımın ilhaqını görəndə dünya təəccübləndi.
“Əvvəla, çox sağ olun. Bizi Qətərə dəvət etdiyinə görə əlahəzrətə təşəkkür etmək istəyirəm. Bu gözəl ölkəyə ilk səfərimdir və bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu, mənə qarşılaşdığımız problemlər haqqında danışmaq üçün yaxşı fürsət verir. İndi dünya həqiqətən fərqlidir. Biz qaydalara əsaslanan beynəlxalq nizamın necə dəyişdiyinin şahidi oluruq. Siz özünüz dediniz ki, Gürcüstan Ukraynadan əvvəl olub. 2008-ci ildə Rusiya ölkəmizə soxulub, ərazimizin 20 faizini işğal edib. Ərazimizin 20 faizi hələ də Rusiyanın işğalındadır. Rusiya qoşunları bizim ərazimizdədir və prinsipcə biz onlarla birgə yaşamalıyıq. Bu bir reallıqdır. Beləliklə, bu, davam edən bir işğaldır. Hamıya xatırlatmaq istərdim ki, 2008-ci ildə, lap açıq desək, dünyada heç kim suveren bir xalqın, müstəqil ölkə olan Gürcüstanın Rusiya işğalının qurbanı olmasına yetərincə diqqət yetirmədi. Rusiya qonşu ölkənin 20 faizini işğal etdi və heç bir reaksiya olmadı. Dünyanın buna adekvat, düzgün reaksiyası olmayıb. Rusiyaya qarşı heç bir sanksiya tətbiq edilmədi, heç nə. Beləliklə, 2014-cü ildə hamımız Krımın ilhaqını görəndə dünya təəccübləndi. Ən son, 2022-ci ildə biz Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının şahidi olduq. Gürcüstanın bu vəziyyətdə harada dayanması ilə bağlı sualınıza cavab vermək üçün başa düşmək lazımdır ki, Gürcüstanın işğal altında olduğunu və bizim rus qoşunları ilə birgə yaşamalı olduğumuzu nəzərə alsaq, açıq deyək ki, Gürcüstan bu vəziyyətdə kifayət qədər həssasdır. Təbii ki, bizi təhlükəsizlik məsələsi, millətimizin, xalqımızın təhlükəsizliyi narahat edir. Siyasi baxımdan təbii ki, biz Ukraynanı dəstəkləyirik. Bütün beynəlxalq platformalarda – istər BMT, istər Avropa İttifaqı, istərsə də ATƏT olsun, biz 260 və ya daha çox qətnamə və bəyannaməyə qoşulmuşuq, əlimizdən gələni etmişik”, – o deyib.