İrakli Ğaribaşvili – 2 oktyabrda güclü qələbə qazanacağıq, çünki “Gürcü Arzusunun” alternativi yoxdur

14:56, 05.09.2021

Biz yeddi seçkilərdə güclü qələbə qazandıq və indi də, səkkizinci seçkilərdə, 2 oktyabrda da güclü qələbə qazanacağıq, çünki “Gürcü Arzusunun” alternativi yoxdur, biz bizim siyasətimizlə, ağıllı idarəetməmizlə və bizim işlərimizlə təsdiq etdik ki, xalqa orientasiya olunmuş hakimiyyətik, məsuliyyətli qüvvəyik, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili “Gürcü Aruzusunun” Saqeri merliyinə namizəd, Giorgi Nemsadzeni təqdim edərkən bəyan etdi.

Baş nazrin dediyinə görə, hakim komanda əhalinin müdafəsi, təhlükəsizliyi və firavanlığı üzrə üzərinə məsuliyyət götürür.

“Bildiyiniz kimi, biz fəal seçki kampaniyasını davam etdirik və bu gün merliyə namizədi təqdim edirik, bizim üçün fəxri idmançını, Giorgi Nemsadzeni. Bu unsan öz əməyi ilə uğura nail oldu və bizim üçün, hamımız üçün fəxrdir. Bu insan qərar verdi ki, öz doğma Saqerisinə qayıtsın və Saqeri və onun əhalisinə xidmət etsin. Bu vətənpərvərlik üçün, ölkəmiz və millətin sevgisi Giorgiyə təşəkkürlər. Fürsətdən istifadə edərək hazırkı merə, cənab Avtoya göstərdiyi xidmətinə görə təşəkkürümü bildirmək istəyirəm və sonrakı fəaliyyətində uğurlar arzulamaq istəyirəm. Hamınıza təşəkkür etmək istəyirəm, “Gürcü Arzusunun” hər bir üzvünə, təsisçisinə, 2012-ci ildən sonra bizə qoşulanlara və bizim böyük ailəmizin arxasında duranlara. Məhz elə sizin sədaqətliyiniz və dəstəyinizlə, biz yeddi seçkilərdə güclü qələbə qazandıq və indi də, səkkizinci seçkilərdə, 2 oktyabrda da güclü qələbə qazanacağıq, çünki “Gürcü Arzusunun” alternativi yoxdur.

Biz bizim siyasətimizlə, ağıllı idarəetməmizlə və bizim işlərimizlə təsdiq etdik ki, xalqa orientasiya olunmuş hakimiyyətik, məsuliyyətli qüvvəyik”, – baş nazir bəyan etdi.

 

Oxşar