İrakli Ğaribaşvili – 10 il perspektivində bizim əsas məqsədimiz ölkənin işğaldan azad edilməsinə nail olmaq olmalıdır

15:25, 09.08.2021

10 il perspektivində bizim əsas məqsədimiz ölkənin işğaldan azad edilməsinə nail olmaq olmalıdır, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili Xarici İşlər Nazirliyinin 10 illik inkişaf planının təqdimatında bəyan etdi.

“Şimali qonşumuza gəldikdə, bildiyiniz kimi, bizim əsas çağırışımız məhz ölkəmizin işğaldan azad edilməsidir. Biz indi avqust həftəliyindəyik. Ğlkəmizdə 13 il bundan əvvəl baş verən ağır hadisələri bir daha xatırlayacağıq. Ölkəmizin ən əsas çağırışı ölkəmizin işğalıdır və tərəfimizdən deokupasiya istiqamətilə ağlbatan, praqmatik addımların atılmasıdır. Sözsüz ki, ümumilikdə, 10 il perspektivində bizim əsas məqsədimiz ölkənin işğaldan azad edilməsinə nail olmaq və Rusiya ilə dialoqun hazırlanması olmalıdır, sözsüz ki,elə şərtlə ki, mütləq ölkəmiz işğaldan azad olunmalıdır və bu mümaqişə və işğala son qoyulmalıdır”, – İrakli Ğaribaşvili bəyan etdi.

 

Oxşar