İrakli Çikovani Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun görüşündə iştirak edir
Gürcüstanın müdafiə naziri Almaniya Federativ Respublikasında səfərdədir. İrakli Çikovani Ramştayn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 25-ci görüşündə iştirak edir.
Bu haqda məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, Ramştayn formatında görüşdə Ukraynanı dəstəkləyən ölkələrin müdafiə nazirliklərinin rəhbərləri və yüksək rütbəli rəsmilər iştirak edirlər.
“Beynəlxalq qrupun görüşünün açılışını ABŞ-ın müdafiə katibi Lloyd Ostin edib. Ukraynanı dəstəkləyən beynəlxalq qrupun üzvləri Ukraynada davam edən müharibədə koordinasiyalı hərbi yardım göstərilməsi ehtiyaclarını müzakirə edirlər. Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu 2022-ci ilin aprelində ABŞ-ın təşəbbüsü ilə yaradılıb və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəni birləşdirir” – Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.