İrakli Çikovani Ukrayna müdafiə təmas qrupunun iclasında iştirak edib

16:38, 14.06.2024
Secretary of Defense Lloyd J. Austin III poses for a photo with Georgia Minister of Defense Irakli Chikovani upon the conclusion of the 23rd iteration of the Ukraine Defense Contact Group at NATO Headquarters in Brussels, Belgium, June 13, 2024. (DoD photo by U.S. Navy Petty Officer 1st Class Alexander C. Kubitza)

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Belçikada Ukrayna müdafiə təmas qrupunun növbəti iclasında iştirak edib. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Brüsseldə beynəlxalq qrupun 23-cü iclasını NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıb. İclasda Ukraynaya dəstək verən ölkələrin müdafiə qurumlarının rəhbərləri və yüksək vəzifəli şəxslər iştirak ediblər.

Beynəlxalq qrupun üzvləri Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış vəziyyəti və hazırkı müharibədə Ukraynaya koordinasiyalı hərbi yardımın göstərilməsinin zəruriliyini müzakirə ediblər. Ukraynanın Müdafiə Əlaqə Qrupu 2022-ci ilin aprelində Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılıb və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəni birləşdirir.

Oxşar