İrakli Çikovani Türkiyə Respublikasının səfiri və hərbi attaşesi ilə görüşüb

19:17, 22.07.2026

 

Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı və hərbi attaşesi polkovnik İlhan Öktendural ilə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına əsasən, tərəflər ölkələr arasında müdafiə sahəsində mövcud olan ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.

İrakli Çikovani Gürcüstandakı missiyasını başa vuran hərbi attaşe polkovnik İlhan Öktendurala gələcək fəaliyyətində uğur arzulayıb.

Oxşar