İrakli Çikovani - Qardaşlar məzarlığında qəhrəman hərbçilərimizi ehtiramla andıq, ailələrə dəstəyimizi və qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığımızı ifadə etmək imkanım oldu
Gürcüstanın müdafiə naziri İrakli Çikovani dünyasını dəyişmiş insanların anım günündə Muxatqverdi qardaşlar məzarlığında olub.
İrakli Çikovani 2008-ci ilin avqust müharibəsində həlak olan hərbi qulluqçuların xatirəsini ehtiramla anıb.
“Bu gün, dünyasını dəyişmiş insanların anım günündə Muxatqverdi qardaşlar məzarlığında vətən uğrunda ən qiymətli şeylərini – öz həyatını qurban vermiş qəhrəman hərbçilərimizi bir daha yad etdik və ehtiramla andıq. Gürcüstan dövləti belə insanların, zabit və əsgərlərin cəsarət və fədakarlığı üzərində dayanır. Onlar vətənə necə xidmət edilməsinin nümunəsidirlər. Onların fədakarlığı müdafiə qabiliyyətimizi və ölkəmizin gələcəyini daha da gücləndirmək üçün bizə güc və qətiyyət verir.
Qəhrəmanların ailələri ilə bir daha görüşmək, onlara dəstəyimizi və qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığımızı ifadə etmək imkanının verilməsindən böyük şərəf duyuram” – İrakli Çikovani yazır.