İrakli Çikovani - Praktiki olaraq, təyyarənin bütün böyük hissələri və bütün cəsədlər tapılıb, koordinasiyalı əməliyyatla axtarış işlərində əhəmiyyətli nəticələr əldə edə bildik
Praktiki olaraq, təyyarənin bütün böyük hissələri, eləcə də bütün cəsədlər tapılıb – bu haqda Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyə hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdə jurnalistlərə deyib.
Nazir baş vermiş faciə ilə bağlı məyusluğunu bir daha ifadə edib və Türkiyə Silahlı Qüvvələrinə və türk xalqına başsağlığı verib.
İrakli Çikovani qeyd edib ki, axtarış işləri Daxili İşlər Nazirliyinin rəhbərliyi və Gürcüstan Müdafiə Qüvvələrinin şəxsi heyəti və texnikasının iştirakı ilə ilk dəqiqədən etibarən Türkiyə tərəfi ilə sıx koordinasiya ilə həyata keçirilib.
“Türkiyə tərəfi ilə koordinasiyalı əməliyyatla axtarış işlərində əhəmiyyətli nəticələr əldə etmək mümkün olub. İstintaq prosedurları davam edir, Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri hadisə yerindədirlər və aşkar edilmiş halların birləşməsi bizə rəylər çıxarmağa imkan verəcək” – İrakli Çikovani bildirib.
Siğnaği Munisipalitetində Gürcüstan-Azərbaycan sərhədindən təxminən beş kilometrdə türk hərbi yük təyyarəsi “C-130” noyabrın 11-də qəzaya uğrayıb.