Ermənistan Respublikasına səfəri çərçivəsində Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında mövcud dostluq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər.
“O, Gürcüstanın regionda sülh və sabitliyin təmin edilməsində mühüm rolunu qeyd edib. Söhbətdə regional təhlükəsizlik və iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub. Ölkələr arasında strateji tərəfdaşlıq haqqında imzalanan bəyannamənin əhəmiyyəti vurğulanıb. Tərəflər iki ölkənin strateji tərəfdaşlığının müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyini qeyd ediblər”, – agentliyin məlumatında deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, İrakli Çikovani artıq erməni həmkarı Suren Papikyanla görüş keçirib. Görüşdə Gürcüstan və Ermənistanın müdafiə qurumları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.