İrakli Çikovani - maksimal olaraq prinsipial olacağıq, hər iki legitim marağı qoruyacağıq - ölkənin suverenliyi və vətəndaşların iqtisadi firəvanlğını
Maksimal olaraq prinsipial olacağıq, hər iki legitim marağı – ölkənin suverenliyi və vətəndaşların iqtisadi firəvanlğını qoruyacağıq, – Gürcüstanın baş nazirinin məsləhətçisi, İrakli Çikovani Rusiya prezidenti tərəfindən Gürcüstana qarşı qəbul olunan qərarlara bu cür əks səda verdi.
“Məsuliyyəti olan dövlətin məqsədi ölkənin suverenliyi və vətəndaşların iqtisadi firəvanlğını qorumaqdır. Biz maksimal olaraq prinsipial olacağıq, hər iki legitim marağı – ölkənin suverenliyi və vətəndaşların iqtisadi firəvanlğını qoruyacağıq”, – İrakli Çikovani bəyan etdi.
Rusiya prezidenti, Vladimir Putin Rusiya hökumətinə həvalə etdi ki, Gürcüstanda müvəqqəti olan Rusiya vətəndaşlarını ölkəyə qaytarsınlar. Bununla yanaşı Rusiya prezidenti əmr verdi ki, 2019-cu ilin iyulun 8-dən Rusiyada Gürcüstan ərazisinə uçuşlar müvəqqəti dayandırılsın.