İrakli Çikovani Hindistanın Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani Hindistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Amit Kumar Mişra ilə tanışlıq xarakterli görüş keçirib.
Müdafiə naziri diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb və Hindistanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Tərəflər iki ölkə arasındakı münasibətlərin dinamikası barədə fikir mübadiləsi aparıb, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.