İrakli Çikovani hərbi hospitalda olub, yeni ambulatoriya binasına və tam bərpa olunmuş kritik tibb departamentinə baxış keçirib

17:10, 22.08.2026

 

Gürcüstanın vitse-baş naziri, müdafiə naziri İrakli Çikovani publik hüquqi şəxs Gürcüstanın Müdafiə Nazirliyinin Qiorqi Abramişvili adına Hərbi Hospitalında olub. O, hospitalda yeni ambulatoriya binasına, tam bərpa olunmuş kritik tibb departamentinə, cərrahiyyə və travmatologiya departamentlərinə və yenilənmiş əməliyyat blokuna baxış keçirib.

Hospitalın direktoru Koba Şanava nazirə həyata keçirilmiş, davam edən və planlaşdırılan layihələr barədə məlumat verib. Nazir hospital rəhbərliyi ilə bir neçə il üçün nəzərdə tutulan və tibb müəssisəsinin texniki imkanlarının tam yenilənməsini, eləcə də infrastruktur baxımından inkişafını hədəfləyən miqyaslı planı müzakirə edib.

Görüşdə yalnız ölkə üçün deyil, həm də region üçün yenilik olan innovativ tibbi xidmətlərin tətbiqindən bəhs edilib, bu da müxtəlif patologiyaların müalicəsi istiqamətində əlçatanlığı daha da artıracaq.

Hospitalın yeni binasında ambulator-diaqnostika şöbəsi yerləşir, bu da tibb müəssisəsinə pasiyentlərə tək bir məkan daxilində müasir diaqnostik tədqiqatlar və ixtisaslı tibbi məsləhətlər təklif etmək imkanı verir.

Qeyd olunub ki, pasiyentlərin tam və keyfiyyətli tibbi xidmət alması üçün hospitalda yeniliklərin tətbiqi davam etdiriləcək.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar