İrakli Çikovani ərazi müdafiə briqadalarının şəxsi heyətini bölmələrin yaranma günü münasibətilə təbrik edib

17:56, 18.09.2026

Gürcüstanın vitse-premyeri, müdafiə naziri İrakli Çikovani ərazi müdafiə briqadalarının yaranma gününə həsr olunmuş tədbirdə iştirak edib.
Batumi şəhərində, 10-cu Ərazi Müdafiə Briqadasının hərbi bazasında keçirilən yubiley tədbirində ehtiyatda olan hərbçilər təntənəli şəkildə hərbi and içiblər.

Müdafiə naziri Milli Qvardiyanın 10-cu və 20-ci Ərazi Müdafiə Briqadalarının şəxsi heyətini bölmələrin yaranma günü, ehtiyatda olan hərbçiləri isə andiçmə mərasimi münasibətilə təbrik edib.

İrakli Çikovani çıxışı zamanı bildirib ki, Milli Qvardiyanın ərazi müdafiə briqadaları Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında ehtiyat sisteminin mühüm komponentlərindən biridir.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar