İrakli Beraia Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri təyin edilib
Maliyyə naziri Laşa Xutsişvilinin təqdimatı ilə, baş nazir İrakli Kobaxidzenin 2025-ci ilin aprelin 2-də verdiyi əmrə əsasən, İrakli Beraia Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Məlumatı Maliyyə Nazirliyi yayır.
İrakli Beraia indiyədək ədliyyə nazirinin müavini vəzifəsini tuturdu.
“İrakli Beraia 1976-cı ilin iyulun 23-də anadan olub. 1998-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2016-2025-ci illərdə o, Gürcüstanın 9-cu, 10-cu və 11-ci çağırış parlamentinin üzvü olub. Siyasi fəaliyyətə başlamazdan əvvəl, onun bank sektorunda uğurlu karyerası var idi” – Maliyyə Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
İrakli Beraia Maliyyə Nazirliyinin İstintaq Xidmətinin rəhbəri vəzifəsində dünən istefa verən Soso Ramişvilini əvəz edib.