İrakli Beraia Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib
İrakli Beraia “Gəlirlər xidməti haqqında” Gürcüstanın qanununun 6-cı maddəsinin 1-ci bəndi əsasında Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib. Bu barədə məlumatı Maliyyə Nazirliyi yayır. Beraia bu vaxta qədər Maliyyə Nazirliyinin İstintaq Xidmətinə rəhbərlik edirdi.
“İrakli Beraia 1976-cı ilin iyulun 23-də anadan olub. 1998-ci ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2016–2025-ci illərdə Gürcüstanın 9-cu, 10-cu və 11-ci çağırış parlamentinin üzvü olub. Ədliyyə nazirinin müavini vəzifəsini tuturdu.
Gəlirlər Xidmətinin rəhbəri Levan Kakava iyunun 16-da vəzifəsini tərk edib. O, bu vəzifəni 2019-cu ildən tuturdu” – Maliyyə Nazirliyinin məlumatında deyilir.