İrakli Bebua işğal altındakı Abxaziyanın həbsxanasını martın 30-da tərk edəcək
İrakli Bebua işğal altındakı Abxaziyanın həbsxanasını martın 30-da tərk edəcək

 

İşğal altındakı Abxaziyanın qondarma hakimiyyəti tərəfindən 2020-ci ilin sentyabrın 30-da saxlanılmış Gürcüstan vətəndaşı İrakli Bebua 2025-ci ilin martın 30-da həbsxananı tərk edəcək.

Bu haqda “Exo Kavkaza” qondarma daxili işlər nazirliyinə istinadən yazır.

İrakli Bebuanı 2020-ci ilin sentyabrın 30-da saxlayıblar. O, üç maddə ilə ittiham olunurdu: “Dövlət rəmzini təhqir etmək, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, bu da ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda və qanunsuz olaraq odlu silah-sursatın saxlanılması”.

Qalinin qondarma şəhər məhkəməsi İrakli Bebuanı 9 il həbs cəzasına məhkum etdi və pul cəriməsi kəsdi.

Abxaz “Telegram” kanalı ilə söhbətində qondarma daxili işlər naziri Robert Kiut bildirib ki, İrakli Bebua “qanunla müəyyən edilmiş vaxtda həbsxananı tərk edəcək”.

“2020-ci ilin sentyabrın 30-da saxlayıblar, bunu hamı bilir. O, dövlət bayrağını yandırıb, bu səbəbdən 9 il həbs cəzasınə məhkum edilib. Ümumilikdə, 4 il 6 ay kamerada qalmalı idi. Martın 30-da təcridxanada saxlanma müddəti başa çatır. Müvafiq olaraq, onu azad etmək məcburiyyətində qalırıq. Heç kim bu insanı vaxtından əvvəl buraxmağı planlaşdırmır. Hər şey hakimin təyin etdiyi maddələrə və şərtlərə uyğun baş verir” – Robert Kiut bildirib.