İraqın ərazi sularında olan və iki milyon barel neftlə yüklənmiş tankerə dronla hücum edilib

21:25, 09.09.2026

İraqın ərazi sularında olan və üzərində iki milyon barel neftin yerləşdiyi tankerə dronla hücum edilib. Bu barədə “Reuters” məlumat yayıb.
Nəşrə İraq limanının rəsmi nümayəndələri bildiriblər ki, Panama bayrağı altında üzən “New Andros” neft tankerinə hücum səhər tezdən baş verib və bundan sonra gəmidə yanğın çıxıb.

Medianın məlumatına görə, gəmidə 22 ekipaj üzvü olub. Onların yaralanması və ya həlak olması barədə məlumat yayılmayıb.

İraqın Neft Nazirliyi daha sonra bildirib ki, yanacağın saxlanması üçün istifadə olunan və İraq Neft Tankerləri Şirkəti tərəfindən icarəyə götürülən gəmiyə naməlum dron çırpılıb və nəticədə gəminin gövdəsinə kiçik ziyan dəyib.

Oxşar