İraqın Daxili İşlər Nazirliyi Bağdadda amerikalı jurnalistin qaçırılması haqda məlumat verir
İraqın Daxili İşlər Nazirliyi Bağdadda amerikalı jurnalistin qaçırılması haqda məlumat verir

 

İraqın Daxili İşlər Nazirliyi Bağdadda amerikalı jurnalistin qaçırılması haqda məlumat verir. Bu haqda “Skynews” yazır.

Medianın mənbələrə istinadən xəbər verdiyi kimi, o, bölgədə çalışan amerikalı jurnalist Şeli Kitlsondur.

Mənbələrin məlumatına əsasən, qaçırılma hadisəsində iki avtomobil iştirak edib, onlardan biri qəzaya uğrayıb, jurnalistin olduğu digər avtomobil isə hadisə yerindən qaçıb.

İraqın Daxili İşlər Nazirliyinin bəyanatına əsasən, bir şübhəli saxlanılıb və qaçıranların saxlanılması üçün əməliyyat aparılır. Medianın yazdığı kimi, bu mərhələdə qaçırılma hadisəsinin İranla davam edən müharibə ilə əlaqəli olub-olmadığı bilinmir.