İraqda etiraz aksiyasıda iğtişaşlar zamanı 120-dən çox insan xəsarət aldı
İraqda etiraz aksiyasıda iğtişaşlar zamanı 120-dən çox insan xəsarət aldı

İraqda etiraz aksiyasıda iğtişaşlar zamanı 120-dən çox insan xəsarət aldı. Şiə İmam Müqtəda əs-Sədri dəstəkləyən və erkən seçki tələbi ilə çıxış edən nümayişçilər, Bağdadın Yaşıl Zonasına daxil ola bildilər. Onların bəziləri Parlamentə də girdilər. İraq Səhiyyə Nazirliyinin məlumatına görə, iğtişaşlar zamanı xəsarət alanlar arasında 100 aktivist və 20 hüquqmühafizəçidir.

İraqda etirazlar və siyasi böhran ötən ilin oktyabrından bu yana dayanmayıb. Ölkə 290 gündən artıqdır ki, hökumətsizdir. İraq şiə imamının tərəfdarları, İraqın baş naziri postuna iranpərəst namizədin irəli sürülməsinə etiraz edir və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.