İraq Ordusu Mosul şəhərinə yaxın "İslam Dövlətinin" 30 döyüşçüsünü məhv etdi
İraq Ordusu Mosul şəhərinə yaxın “İslam Dövlətinin” 30 döyüşçüsünü məhv etdi. Yerli mətbuatın məlumatına görə, cihadçılar Al-Baac vilayətində mağaraların birində gizlənirdilər.
İraq hökümət qüvvələri mağara istiqamətinə 30-ə qədər raket atdılar və “İslam Dövlətinin” üzvünün hamısını məhv etdilər. Papalel olaraq İraq Təhlükəsizlik Xidmətləri, “İslam Dövlətinin” üzvlərinə saxta sənədlər hazırlayan polis polkovnikini yaxaladılar. Polis zabitinin özü də qeyd olunan təşkilatın üzvü idi.
Mosul şəhəri keçən ilin iyulunda azad olundu. Hərbi əməliyyat zamanı 25 000-dən artıq cihadçı öldürüldü.