İppodroma yaxın ərazidə hərracda qalib gələn şirkət yeni kortlar və idman təyinatlı məkanlar təşkil edəcək
Paytaxt meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, ippodromun yaxınlığındakı tennis kortlarının keçmiş ərazisi hərracda satıldı.
Tbilisi munisipialiteti hökumət iclasında onun qeyd etdiyinə görə, ərazi irəlki hakimiyyət dövründə satıldı və yaşayış korpuslarının tikintisi planlaşdırılmışdı. Lakin, hazırkı hakimiyyət şəraitində, munisipalitetə qaytarıldı.
“İppodromun yaxınlığındakı tennis kortlarının keçmiş ərazisi irəlki hakimiyyət dövründə satıldı və burada yaşayış korpuslarının tikintisi planlaşdırılırdı. Bilirsiniz, onda idman meydançalarına, rekriasiya məkanlarına qarşı nə cür münasibət var idi və satılması baş verirdi. Nə şəhərin maraqları, nə də ekologiya maraqları nəzərə alınmamışdı – korpus, korpus və korpus. Harada da mümkün idi hər yerdə cəhdləri var idi ki, yaşıl məkanların xərcinə hətta korpus tiksinlər. Kortlara gəldikdə, bizim hakimiyyətimiz şəraitində, bilavasitə mənim iştirakımla, bu ərazini geri qaytardıq. Konsepsiya işləyib hazırladıq, bu məkan necə inkişaf etidirilməlidir. Hərrac elan etdik. Şərt sadə idi – tennis meydançasının layihəsi həyata keçiriə idi”, – Tbilisi meri qeyd etdi.
Elə onun dediyinə görə, hərrəcda qalib gələn şirkət ərazidə ən azından üç tenniş eydançası və idman təyinatlı məkanları təşkil edəcək.
“Qalib şirkətimiz var – MMC “Kortebi”. Ona mülkiyyət hüququ veriləcək və öhdəliyi olacaq ki, müqavilənin imzalanmasından iki il müddətində beş milyon lari həcmində sərmayə həyata keçirsin, ən azından üç tenniş eydançası və idman təyinatlı məkanları təşkil etsin”, – Kaladze bəyan etdi.