İordaniya Hüseyn Beynəlxalq Hava Limanından və Əqəbə şəhərində yerləşən dəniz limanından təxliyə həyata keçirir
Gözlənilən təhlükə ilə əlaqədar İordaniya Kral Hüseyn Beynəlxalq Hava Limanından və Qırmızı dəniz sahilində yerləşən Əqəbə şəhərinin dəniz limanından təxliyə həyata keçirir.
Bu barədə ABŞ-ın İordaniyadakı səfirliyinin bəyanatında bildirilib.
ABŞ-ın diplomatik missiyası ölkə vətəndaşlarını İordaniya hakimiyyətinin verdiyi bütün təhlükəsizlik göstərişlərinə əməl etməyə və ölkədəki hərbi bazalara baş çəkməkdən çəkinməyə çağırıb