İordan çayının qərb sahili və Qəzza sektorunda toqquşma nəticəsində 230-dan artıq insan xəsarət aldı
İordan çayının qərb sahili və Qəzza zolağında toqquşma nəticəsində 230-dan artıq insan xəsarət aldı. Etiraz aksiyaları və İsrail hərbiçiləri ilə toqquşmaya səbəb ABŞ prezidenti tərəfindən Qüdsün israilin paytaxtı kimi tananması ilə əlaqədardır.
Yalnız günün ikinci yarısında qərb sahildə 30-ə qədər lokasiyada qarşıdurma qeydə alındı. O cümlədən İudea və Samariyada.
Etiraz aksiyasının iştirakçıları, İsrail hərbiçilərinə daş və molotov kokteilini atdılar. Cavab olaraq isə hərbiçilər gözyaşardıcı qazdan istifadə etdilər və havaya xəbərdarlıq atəşini açdılar.
Qarmaqarşıqlıq nəticəsində qərb sahilində 217, Qəzza zolağında isə 16 nəfər xəsarət aldı.