İohan Vadepul - İranla münaqişə Qəzzadakı ağır humanitar vəziyyəti kölgədə qoymamalıdır
İohan Vadepul - İranla münaqişə Qəzzadakı ağır humanitar vəziyyəti kölgədə qoymamalıdır

 

İranla münaqişə Qəzzadakı ağır humanitar vəziyyəti kölgədə qoymamalıdır – bu haqda Almaniyanın xarici işlər naziri İohan Vadepul Yerusəlimdə israilli həmkarı Qideon Saarla görüşdükdən sonra deyib.

Vadepul humanitar vəziyyətin hələ də kritik olduğunu və yardım təşkilatlarının hələ də əraziyə müvafiq çıxışının olmadığını bildirib.

“Getdikcə aqressiv davranışı və hərbi potensialının inkişafı ilə İran həm region, həm də Avropa üçün təhlükə yaradır. İranın hücumları nəhayət dayandırılmalıdır” – Vadepul qeyd edib.

İsrailin xarici işlər naziri Qideon Saar öz növbəsində bildirib ki, İsrail sonsuz müharibə istəmir, lakin münaqişənin bitmə vaxtı amerikalı tərəfdaşlar ilə koordinasiya ilə müəyyən ediləcək.

“Qismən nəticələrlə kifayətlənməməliyik. Biz və tərəfdaşlarımız dayanmağı məqsədəuyğun hesab edənə qədər davam edəcəyik” – Saar izah edib.