İohan Vadepul - Bu gün bütün dünya Vaşinqtona baxır, Rusiyaya təzyiqi artırmaq lazımdır
Bu gün bütün dünya Vaşinqtona baxır, Rusiyaya təzyiqi artırmaq lazımdır – bu barədə Almaniyanın xarici işlər naziri İohan Vadepul bildirib.
İohan Vadepulun sözlərinə əsasən, “ədalətli və davamlı sülh” üçün Rusiyanı güzəştə getməyə təhrik etmək üçün Moskvaya təzyiqi gücləndirmək və Ukraynaya yardımın göstərilməsini artırmaq lazımdır.
“Desək ki, bütün dünya Vaşinqtona baxır, yəqin ki, mübaliğə olmaz. Güclü təhlükəsizlik təminatları mərkəzi yer tutur, çünki Ukrayna atəşkəs və sülh sazişindən sonra belə özünü effektiv şəkildə müdafiə edə bilməlidir” – Vadepul Tokioda Yaponiyanın xarici işlər naziri Takeşi İvaia ilə birgə brifinqdə deyib.