İohan Vadepul – Berlin Laypsiqdə Rusiyanın hibrid hücumuna qətiyyətli formada cavab verəcək, Bonda Rusiyanın konsulluğu bağlanacaq, Rusiyanın səfirinin Almaniya Xarici İşlər Nazirliyinə çağırılması planlaşdırılır
Almaniyanın xarici işlər naziri İohan Vadepul bəyan edib ki, Berlin Laypsiqdə baş vermiş hibrid hücuma “mütənasib və düşünülmüş, lakin qətiyyətli formada” cavab verəcək.
Vadepulun sözlərinə əsasən, Almaniyanın cavab tədbirləri Avropa İttifaqı və NATO tərəfdaşları ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.
Almaniyanın xarici işlər naziri əlavə tədbirləri də elan edib. Xüsusən, sentyabrın 18-dən Almaniyanın Bon şəhərində Rusiyanın konsulluğunun bağlanması və Berlində rus mədəniyyət mərkəzinin — “Rusiya Evi”nin fəaliyyətini təmin edən sazişin ləğv olunması planlaşdırılır. Bununla yanaşı, Vadepul Avropa İttifaqının sanksiya siyahısına yeni şəxslərin əlavə edilməsinin planlaşdırıldığını bildirib.
Həmçinin, qeyd olunmuş məsələ ilə bağlı Rusiyanın səfiri görüş üçün Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılacaq.
Həmçinin, Almaniyanın xarici işlər naziri Rusiya vətəndaşlarına qarşı sərhəd nəzarətinin sərtləşdiriləcəyini, Rusiyanın dırnaqarası “kölgə donanması”na təzyiqin isə davam etdiriləcəyini bildirib.
Bundan əvvəl Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt Laypsiqdəki hibrid hücuma görə məsuliyyəti Rusiyanın daşıdığını bəyan etmişdi.
Almaniya hakimiyyəti avqustun 4-ü axşam saatlarında Laypsiq/Halle hava limanının təhlükəsizlik zonasında, Ukraynaya aid yük təyyarələri arasında partlayıcı maddələr və detonasiya mexanizmi ilə təchiz olunmuş dron aşkar edib və ikinci dronun ola bilsin yaxınlıqdakı DHL təyyarəsinə çırpıla biləcəyini ehtimal edirlər. Keçən həftə Almaniya mətbuatı hava limanında partlayıcı maddələrlə yüklənmiş üçüncü dronun da tapıldığı barədə məlumat yaymışdı.