İnterpolun sarı istiqamətləndirici sistemində, 1,208 itkin düşmüşü axtardıqları siyahısında, 18-i gürcüdür. Gürcüstan vətəndaşlarının əksəriyyi uşaqlıq yaşında itkin düşüb. Buna görə də, İnterpolun rəsmi saytında onların uşaqlıq şəkili yerləşdirilib. Hazırkı yaşı göstərilən yerdə isə onun hazırda olduğu yaşı yazılıbdır.
2004-cü ildə, doqquz yaşında olarkən itkin düşmüş, Kutaisidə anadan olan Nuqi Dvalişvili hazırda 23 yaşında olmalıdır. Onun barəsində axtarışı İnterpol sarı istiqamətləndirici ilə 2006 ilə elan etdi.
Tamar və Giorgi itkin düşdükləri zaman 7 və 8 yaşında idilər. Bu gün isə onların 27 və 28 olmalıdır. Tbilisidə anadan olan bacı-qardaşı 1997-ci ildən sonra görən olmayıb. İnterpol onları artıq 20 ildir axtarır.
İtkin düşən şəxslər siyahısında ən kiçik uşağın fotosu 1988-ci ildə, Tbilisidə anadan olan Elene Qarsoyana məxsusdur. Gürcüstan vətəndaşı Fransada, yeddi yaşında olarkən, 2005-ci ildə itkin düşdü. Elene bu gün 19 yaçında olmalıdır.
2002-ci il iyulin 24-də Daba Tsknetidən qaçırılan 15 Mariyam Qoqinaşvili barəsində daha artıq məlumat mövcuddur. O, 18 iyulda 31 yaşında olacaq. 16 il bundan əvvəl qaçırma detalları mediya üçün məlumdur. Məhz elə jurnalistlət tərəfində yayılmış məlumata görə, 2002-ci ilin iyulun 25-də, qaçırılmanın sabahsı günü, oğrular atasına zəng edərək onun azad olunması əvəzində 100 000 dollar tələb etdilər. Qızın atası məbləği, Tbilisidə, razılaşdırılmış yerə apardı. Lakin oğrular sözlərini yerinə yetirmədilər. Mariyamı azad etmədilər və nə də ailə ilə əlaqə saxlamadılar.
İtkin düşmüşlər siyahısında daha bir 16 yaşlı gürcü qızının, Darecan Diasamidzenin hay-küylü işi var. Darecani 5 il bundan əvvəl, 2013-cü ildə, Xelvaşauri rayonunun Axalşeni kəndindən itkin düşdü. Gənc avqustun 7-də, gecə dayısının ailəsində qaldı. Evə tezdən qayıdırdı. Evə təfər gedən yolda, qızın izi bir kilometrlik sıx məskunlaşmış məntəqədə itir.
2010-cu il 31 oktyabrda, Kutaisidə itkin düşmüş 19 yaşlı Natiya Giorqadze isə, evdən dostunu qarşılamaq üşün çıxdı. Natiyanı kameralar Puşkin küçəsinin dalanında qeydə aldı. Axşama tərəf isə həmin yerdən BMW markalı avtomobil çıxdı. Nömrələri isə kamerada görünmür. Anası şübhə edirdi ki, qızı məhz elə həmin maşınla qaçırdılar. Puşkin küçəsinin dalanı Rioni çayına düşür, bir ildən sonra burada onun şəxsiyyət vəsiqəsini tapdılar. Yerli polis cinayət işini intihara qədər aparmaq maddəsi ilə qaldırdı. Axtarış işlər nəticəsiz oldu. Bundan sonra qızın izi, ailəsinin məluymatına görə, Türkiyədə, mehmanxanaların birinda aşkar olunur. Validenyləri əmin edirlər ki, natiya trefikinqin qurbanıdır. Lakin istintaqın, səkkiz il bundan əvvəl itkin düşmüş və artıq 26 yaşında olan Natiya Giorqadzenin harada olması barəsində suala cavabı yoxdur.
Nika Sağirəşvili, 2 il bundan əvvəl, 2016-cı ilin mayın 28-də işğal xəttində yerləşən Kordi kəndindən yoxa çıxdı. O, evdən suvarma suyuna görə çıxdı və ondan sonra onu görən olmayıb. Ailə və yerli sakinlər əmindirlər ki, onu rus əsgərləri qaçırıblar. Tsxinvalinin üzdəniraq rəsmi şəxsləri Nikanın yoxa çıxması ilə əlaqəni inkar edirlər.
2016-cı ildə itkin düşmüş Qemeli Nebadze barəsində beynəlxalq aştarış elan olunub. 40 yaşlı kişi, Aspindza rayonunun Toloşi kəndindən işləmək üçün 2016-cı il avqustun 5-də, Türkiyəyə getdi. Sağlamlıq problemlərinə görə, işlə təmin edənlər onu geri vətənə göndərdilər. Lakin Nebadze evə qayıtmayıb.
İnterpolun itkin düşmüş siyahısına 2007-ci il martın 21-də, Tbilisidə anadan olmuş 19 yaşlı Ana Mikutaşvili və 6 Gürcüstan vətəndaşı var. Onlar barəsində demək olar ki, heç bir məlumat tapılmır:
2014-cü ildə Ukraynada, Donetsk rayonundan itkin düşmüş iki gürcü: Kobuletili David Şavişvili və Qulripşidə anadan olan Qopal Stepliani;
2010-cu ildə, Türkiyədə itkin düşmüş Qoqa Xaxaleişvili;
2012-ci ildə yaxtanın suya batmasından sonra itkin düşmüş Tercolalı Zaza Latsabidze;
2011-ci ildə Rusiya Federasiyasında itkin düşmüş Gürcüstan vətəndaşı Aladimer Xobekiani və elə həmin ili, Gürcüstan ərazisində itkin düşmüş 49 yaşlı Malxaz Kakaşvili, Qoridən.
İnterpolun itkin düşənlər siyahısında bu günə qədər ən naməlum iş iki uşağa, ehtimala görə iki qardaşa aiddir. Onların itkin düşdükləri yer, Kiprin Pafos şəhəridir.
Yeddi yaşlı Daniel və 10 yaşlı David Muxulişvililər 2015-ci ildə itkin düşdülər. Davidin göstəricilərində onun atası, Zurab Muxulişvili göstərilibdir. Onun ftosu da həmin veb səhifədə yerləşdirilibdir.
Fotoya əsasən, Zurab Muxulişvilinin, itkin düşmüş uşaqlarından fərqli olaraq, sarı istiqamətləndirici əvəzinə, İnterpol tərəfində qırmızı istiqamətləndirici işarəsi var. Ona qarşı axtarış Kiprin hüquqmühafizəçiləri tərəfindən tələb əsasında verilib. Ona qarşı Kiprdə qanuni əmrə tabe olmamaq və Kipr sərhədindən kənarda az yaşlıın qaçırılması ittihamı irəli sürülüb. İtkin düşmüş uşaq və axtarışda olan ata barəsində başqa məlumat göstrilmir. Həmçinin ikinci uşaq, həmçinin itkin düşmüş Daniel Muxulişvili və axtarışda olan kişi arasında qohumluq əlaqəsi məlum deyil.ძებნილ
Danielin valideyninin kimliyi İnterpolun saytında göstərilmir. İtkin düşmüş uşağın yegənə fotsunda daha bir yeniyetmənin şəkili var.