İntensiv qar və mürəkkəb meteoroloji şəraitə görə, avtomobil yollarının ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib
İntensiv qar və mürəkkəb meteoroloji şəraitə görə, avtomobil yollarının ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib

 

Avtomobil Yolları Departamentinin məlumatına əsasən, intensiv qar və mürəkkəb meteoroloji şəraitə görə, avtomobil yollarının ayrı-ayrı hissələrində xüsusi hərəkət rejimləri tətbiq edilib.

İntensiv qar və aşağı temperatura görə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb: Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 93km-107km (Qudauri (Posta)-Kobi) hissəsində, respublika əhəmiyyətli Qomi-Saçxere-Ciatura-Zestaponi avtomobil yolunun 1km-106km hissəsində, Saçxere(Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda, Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 110km-146km hissəsində və Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 30km-70km (Cvari-Xaişi) hissəsində.

Qar uçqunu təhlükəsi, güclü qar, zəif görünüş, çovğun və mürəkkəb meteoroloji şəraitə görə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb: respublika əhəmiyyətli Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 103km-118km (Qoderdzi kurortu-Utğisubani) hissəsində, Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39km-72km (Nakerala dağ keçidi) hissəsində, Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94km-110km (Paravani dağ keçidi) hissəsində, Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 53km-106km (Korşa-Şatili) hissəsində, Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunda və Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 185km-190km (Uşquli-Lasdili) hissəsində.

Alpana-Tsaqeri avtomobil yolunun 0km-22km (Orbeli dağ keçidi) hissəsində, Kutaisi (Tsğaltubo döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 89km-125km (Lentexi-Mele) hissəsində, Kutaisi (Tsğaltubo döngəsi)-Tsğaltubo-Tsaqeri-Lentexi-Lasdili avtomobil yolunun 42km-125km (Opitara-Mele) hissəsində və Batumi (Anqisa)-Axaltsixe avtomobil yolunun 50km-103km hissəsində yalnız yolsuzluq avtomobillərinin (iki və ya daha çox əsas körpüsü olan) hərəkətinə icazə verilir, digər avtonəqliyyat vasitələrinin hərəkəti isə məhdudlaşdırılıb.

Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 71km-184km (Xaişi-Uşquli) hissəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkətinə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə icazə verilir” – Avtomobil Yolları Departamentinin yaydığı məlumatda deyilir.