"İnqoroğva" klinikasında onların klinikasına gətirilən aksiyada xəsarət alan insanların səhhətinin qənaətbəxş olduğunu bildirirlər
“İnqoroğva” klinikasında son 24 saat ərzində aksiya zamanı xəsarət alan 17 pasiyenti onların klinikasına gətirdiklərini bildirirlər.
Klinikada bəyan etdikləri üzrə, xəsarət alan 17 nəfərdən 7-si xəstəxanaya yerləşdirilib, 10 pasiyent isə ambulator müşahidə altında evə buraxılıb.
Aksiyada xəsarət alan 10 pasiyent bu mərhələdə “İnqoroğva” klinikasında qalır.
“On pasiyentin hamısının vəziyyəti qənaətbəxşdir, sabah onları mərhələli şəkildə evə buraxmağı planlaşdırırıq. Onlarda əsasən
kəllə-beyin travmaları, üz sümüyünün qırıqları, burun travmaları qeydə alınır. Bu mərhələdə onların həyatları təhlükə altında deyil, yüngül beyin silkələnməsi qeydə alınır” – “İnqoroğva” klinikasının təcili tibbi yardım şöbəsinin rəhbəri Ana Dalakişvili bildirib.