İnqoroğva Klinikasında bildirirlər ki, 21 yaşlı Aleksandre Tirkianın sağlamlıq vəziyyəti kəskin şəkildə yaxşılaşıb və onun reanimasiyasada saxlanılmasına artıq ehtiyac yoxdur
İnqoroğva Klinikasında bildirirlər ki, 21 yaşlı Aleksandre Tirkianın sağlamlıq vəziyyəti kəskin şəkildə yaxşılaşıb və onun reanimasiyasada saxlanılmasına artıq ehtiyac yoxdur

 

İnqoroğva Klinikasının kliniki direktoru Kaxaber Celidzenin bəyanatına əsasən, 21 yaşlı Aleksandre Tirkianın sağlamlıq vəziyyəti kəskin şəkildə yaxşılaşıb və onun reanimasiyasada saxlanılmasına artıq ehtiyac yoxdur.

“21 yaşlı gəncin səhhəti ilə bağlı nəzərəçarpacaq irəliləyiş var. Bütün parametrlərdə, o cümlədən görmə baxımdan kəskin yaxşılaşma var. Doğrudur, görmə 100% bərpa olunmayıb, belə qısa müddətdə belə bir sıçrayış gözlənilmir, lakin pasiyentin qiymətləndirməsinə əsasən, təxminən 60-70% artıq bərpa olunub. Həkimin qiymətləndirmələri də pasiyentin qiymətləndirmələri ilə təxminən üst-üstə düşür. Bütün parametrlər sabitdir, lakin onun vəziyyəti diqqətəlayiqdir. İndiki mərhələdə onun reanimasiyasada saxlanılmasına artıq ehtiyac yoxdur və yəqin ki, bu gün təcrid edilmiş palataya köçürüləcək. Pasiyentin bütün davranışları və hərəkətləri şüurludur. Ayağa qalxmaq istəyir. Təbii ki, müəyyən düşüncələrlə tam azadlığı məhdudlaşdırmışıq, yardım almaqla hətta hərəkət də edəcək. Belə ki, onun vəziyyəti bu gün qənaətbəxşdir” – klinikanın direktoru bildirib.