İngiltərənin Midlsbro şəhəri yaxınlığında təqib əməliyyatı zamanı baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ikisi polis olmaqla yeddi nəfər həlak olub
İngiltərənin Midlsbro şəhəri yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ikisi polis olmaqla yeddi nəfər həlak olub.
“Sky News”un məlumatına əsasən, hadisə polis əməkdaşlarının şübhəli və yanlış istiqamətdə hərəkət edən “Volkswagen” markalı avtomobili təqib etməsindən sonra baş verib.
Medianın məlumatına əsasən, polisin təqibi zamanı baş verən yol-nəqliyyat hadisəsində həlak olan bütün şəxslərin şəxsiyyəti müəyyənləşdirilib, lakin rəsmi qurum onlardan beşinin kimliyini açıqlamır.
Hələlik yalnız həlak olan polis əməkdaşlarının kimliyi açıqlanıb – onlar 37 yaşlı Metyu Bleyds və 38 yaşlı Tom Klafdır.