infrastrukturunun məhv edilməsi barədə tapşırıq verdim ki, təhlükələrin və “Hizbullah”ın geri qayıtmasının qarşısı alınsın
infrastrukturunun məhv edilməsi barədə tapşırıq verdim ki, təhlükələrin və “Hizbullah”ın geri qayıtmasının qarşısı alınsın

İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, İsrail Livanda “quru manevrinə” başlayıb.

“Baş nazir Benyamin Netanyahu ilə birlikdə İsrail Müdafiə Qüvvələrinə Livan sərhədi yaxınlığında yerləşən təmas kəndlərində terrorçu infrastrukturunun məhv edilməsi üçün hərəkət etməyi tapşırdım ki, təhlükələrin və ‘Hizbullah’ın geri qayıtmasının qarşısı alınsın”, – deyə İsrail Katz bildirib.

Onun sözlərinə görə, “Hizbullah” qruplaşmasının hərəkətləri səbəbindən Cənubi Livanın minlərlə sakini evlərinə qayıda bilmir.

Bununla yanaşı, İsrail Katz qeyd edib ki, qruplaşmanın lideri Naim Qasım tezliklə cəhənnəmə düşəcək.

“Əgər Naim Qasım Həsən Nəsrullah və Əli Xameneini belə çox darıxırsa, o, tezliklə şər oxunun bütün üzvləri ilə birlikdə cəhənnəmin dərinliyində onlarla görüşə biləcək”, – deyə İsrail Katz bildirib.