İnfrastruktur naziri vəzifəsində İrakli Karseladzeni Revaz Soxadze əvəz edəcək
İnfrastruktur naziri vəzifəsində İrakli Karseladzeni Revaz Soxadze əvəz edəcək

 

İnfrastruktur naziri vəzifəsində İrakli Karseladzeni Revaz Soxadze əvəz edəcək – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

“İrakli Karseladze dövlət vəzifəsindən istefa vermək barədə qərar qəbul edərək dünən mənə müvafiq xahişlə müraciət etdi və biz onu dünən müzakirə etdik” – Kobaxidze bildirib.

İrakli Karseladze 2021-ci ilin fevralından infrastruktur naziri vəzifəsini tuturdu, Revaz Soxadze isə Şəhərsalma və Şəhər Təsərrüfatı Komissiyasının sədri idi.