İnfrastruktur naziri Arxitektorlar Cəmiyyətinin nümayəndələri ilə görüşüb
İnfrastruktur naziri Arxitektorlar Cəmiyyətinin nümayəndələri ilə görüşüb

 

İnfrastruktur naziri Revaz Soxadze müavinləri və Bələdiyyələrin İnkişafı Fondunun rəhbəri ilə birlikdə Arxitektorlar Cəmiyyətinin nümayəndələrinin bir hissəsi ilə görüş keçirib.

İnfrastruktur Nazirliyində qeyd etdikləri kimi, bu, əməkdaşlıq formalarının müzakirəsinə xidmət edən ilk işgüzar görüş olub. Onların məlumatına əsasən, nazirlik ilə Arxitektorlar Cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığı gücləndirmək və infrastruktur layihələrinin planlaşdırılması və həyata keçirilməsi mərhələlərində onların iştirakını artırmaq görüşün məqsədi olub.

“Tərəflər müsabiqə şərtlərinin və layihə tövsiyələrinin hazırlanmasında arxitektorların fəal iştirakının əhəmiyyətini müzakirə etdilər. Peşəkar baxışların paylaşılması üçün gələcək əməkdaşlıq yolları barədə də danışdılar.

Nazir gələcək planları görüş iştirakçılarına təqdim edib. O, mühüm və genişmiqyaslı infrastruktur layihələrinin daha keyfiyyətli həyata keçirilməsi üçün peşəkarların iştirakının vacibliyini vurğuladı.

Görüş iştirakçıları peşəkar ideyaların mübadiləsi üçün kommunikasiyanın daha da fəal olacağına ümid etdiklərini bildirdilər” – İnfrastruktur Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub.

Onların məlumatına əsasən, İnfrastruktur Nazirliyi gələcəkdə də oxşar görüşlər planlaşdırır.