İnfrastruktur işləri səbəbilə Levan Aleksidze küçəsinin bir hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq
Universitet və Petre Kavtaradze küçələrini birləşdirən tunelin tikintisi layihəsi çərçivəsində Levan Aleksidze küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu haqda məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.
Meriyanın məlumatına əsasən, yanvarın 29-u saat 23:00-dan martın 31-i də daxil olmaqla Aleksidze küçəsində N5 və N6-ya bitişik ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılacaq, bu səbəbdən Universitet küçəsindən Kavtaradze küçəsi istiqamətində hərəkət edən avtomobillər artıq Levan Aleksidze küçəsindən istifadə etməklə hərəkət edə bilməyəcəklər.
“Məhdudiyyət dövründə sürücülər Universitet küçəsindən birbaşa Kavtaradze küçəsinə qoşulacaqlar. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir!” – meriyanın məlumatında qeyd olunub.