İnformasiya texnologiyaları sahəsinin nümayəndələri etiraz yürüşü keçiriblər

17:41, 12.12.2024

 
İT sahəsinin nümayəndələri etiraz yürüşü keçiriblər.

Onlar Gürcüstan və Avropa İttifaqının bayraqları, eləcə də əllərində plakatlarla paytaxtın küçələri ilə hərəkət edirdilər.

Yürüşün iştirakçıları “Gürcü Arzusu” tərəfindən noyabrın 28-də qəbul edilmiş qərara etiraz edirdilər və yenidən seçkilərin keçirilməsini və aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirdilər.

Yürüşdən sonra onlar Rustaveli prospektində əsas aksiyaya qoşulacaqlar.

Oxşar