İnfeksiya Klinikasında olan səkkiz pasientdə koronavirus müəyyən olunmadı, səkkiz nəfərin teştləşdirməsi isə, bu gün keçirləcək
İnfeksiya Klinikası Luqar Laboratoriyasından səkkiz paisentin analiz nəticəsini aldı və yeni koronavirus heç birində təsdiq olunmadı, – bu barədə Gürcüstanın Birinci Kanalına İnfeksiya Xəstəxanasından bəyan etdilər.
Klinikanın məlumatına görə, bokslaşdırılmış şöbəyə bu gün saat 09:00 durumu ilə 19 pasient yerləşdirilib, bunlar arasında bir neçə gün bundan əvvəl koronavirusu təsdiq olunan üç nəfər var.
“Saat 09:00 durumu ilə bokslaşdırılmış şöbəyə 19 pasient yerləşdirilib. Onlar arasında bir neçə gün bundan əvvəl koronavirusu təsdiq olunan üç nəfər var. Bu gün səhər Luqar Laboratoriyasından səkkiz paisentin analiz nəticəsini aldıq və cavabın hamısı mənfidir. Müvafiq olaraq onlar klinikada hospitallaşdırılmayacaqlar. Geridə qalan səkkiz nəfərə gəldikdə isə, onların testləşdirilməsi bu gün keçiriləcək və cavab günün sonuna kimi məlum olacaq”, – klinikada bəyan edirlər.
Bununla yanaşı, İnfeksiya Xəstəxanasının məlumatına görə, pasientlərin hamısı Gürcüstan vətəndaşıdır və onlar İran və İtaliyada olmuşlar.