İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktik Mərkəz Tengiz Tsertsvadzenin adını daşıyacaq
İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktik Mərkəz Tengiz Tsertsvadzenin adını daşıyacaq

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Elmi-Praktik Mərkəzə Tengiz Tsertsvadzenin adı veriləcək.

Məlumatı Gürcüstan Səhiyyə Nazirliyi yayıb.

“Tengiz Tsertsvadze Gürcüstanda HİV/AİDS xidmətinin yaradıcısı olub. Onun səyləri ilə ölkə geniş miqyaslı HİV/AİDS epidemiyasının qarşısını ala bildi. O, illər ərzində İnfeksion Patologiya, QİÇS və Kliniki İmmunologiya Mərkəzinə rəhbərlik edib. 2009-cu ildə Tengiz Tsertsvadzenin rəhbərliyi ilə mərkəz Ümumdünya Səhiyyə Təşkilatının ən yüksək mükafatını – Dr. Lee Jong-Wook mükafatı. Tengiz Tsertsvadze Gürcüstanda hepatit C və B dövlət proqramlarının əsas təşəbbüskarı, dəstəkçisi və uğurlu icraçısı olub. Onun COVID-19 pandemiyasının idarə olunması prosesinə töhfəsi xüsusidir.

Tengiz Tsertsvadze Amerika Yoluxucu Xəstəliklər Cəmiyyətinin, Qaraciyər Xəstəliklərinin Tədqiqi üzrə Avropa Assosiasiyasının, Nyu-York Elmlər Akademiyasının, Beynəlxalq QİÇS-lə Mübarizə Cəmiyyətinin və bir çox digər beynəlxalq tibb cəmiyyətlərinin üzvü idi. O, ölkə üçün mühüm elmi fəaliyyətə, gənc nəslin tərbiyəsinə böyük töhfə verib. Tengiz Tsertsvadze əhalinin sağlamlığının qorunmasında böyük şəxsi töhfəsinə, səmərəli elmi-tədqiqat və ictimai fəaliyyətinə görə Prezidentin “Əlamətdarlıq” və “Şərəf” ordenləri ilə təltif edilib. O, Tbilisinin fəxri vətəndaşı adına layiq görülüb”, – dərc olunan məlumatda deyilir.

Tengiz Tsertsvadze avqustun 1-də 76 yaşında vəfat edib.