İndoneziyanın Sulavesi adasında zəlzələ nəticəsində 30-a yaxın insan yaralanıb
İndoneziyanın Sulavesi adasında zəlzələ nəticəsində 30-a yaxın insan yaralanıb

İndoneziyanın Sulavesi adasının mərkəzi hissəsində baş verən zəlzələ nəticəsində xəsarət alanlar var. Məlumatı ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi yayıb.

Zəlzələnin maqnitudası 6,0 olub. Episentri 10 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, 29 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti kritikdir.

İndoneziya seysmik cəhətdən aktiv zonada yerləşir.