İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada yanğın 22 nəfərin həyatına son qoyub
İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli binada yanğın 22 nəfərin həyatına son qoyub

 

İndoneziyanın paytaxtı Cakartada yeddimərtəbəli ofis binasında yanğın baş verib, nəticədə 22 nəfər həlak olub.

Cakartanın polis rəisi Susatio Purnomo Kondro jurnalistlərə yanğının hazırda söndürüldüyünü bildirib.

Kondro yanğının birinci mərtəbədə baş verdiyini və daha sonra yuxarı mərtəbələrə yayıldığını bildirib. O, şirkətin bəzi işçilərinin həmin vaxt binada nahar etdiyini bildirib. Cakartanın polis rəisinin izahatına əsasən, onlardan bəziləri ofisdən qaçmağı bacarıb.

Yanğının baş verdiyi binada Yaponiyanın “Terra Drone Corporation” firmasının ofisi yerləşirdi. Mövcud məlumata əsasən, ofisdə dronlardan birinin batareyaları alovlanıb, bu da yanğına səbəb olub.