İndoneziyada torpaq sürüşməsi nəticəsində həlak olanların sayı ona çatıb
İndoneziyada torpaq sürüşməsi nəticəsində həlak olanların sayı ona çatıb

İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı ona çatıb. “Reuters”in məlumatına görə, hazırda təxminən 80 itkin düşmüş şəxsin xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı davam edir.

Təbii fəlakət Yava vilayətində bir neçə gün ərzində yağan güclü yağışlar nəticəsində baş verib.

Bununla yanaşı, İndoneziyanın Meteorologiya Agentliyi əhalini ekstremal hava şəraiti ilə bağlı xəbərdar edib. Qurumun məlumatına görə, adada güclü yağışlar növbəti günlərdə də davam edəcək.