İndoneziyada torpaq sürüşməsi nəticəsində ən azı 18 nəfər həyatını itirib, onlarla insan isə itkin düşmüş hesab olunur
İndoneziyada torpaq sürüşməsi nəticəsində ən azı 18 nəfər həyatını itirib, onlarla insan isə itkin düşmüş hesab olunur

 

İndoneziyada torpaq sürüşməsi nəticəsində ən azı 18 nəfər həyatını itirib, onlarla insan isə itkin düşmüş hesab olunur.

“Reuters”, fəlakətə Yava əyalətinin iki bölgəsində bir neçə gün ərzində yağan güclü yağışın səbəb olması haqda məlumat yayır.

Ölkənin fəlakətlərin qarşısının alınması agentliyi torpaq sürüşməsinin ən azı on evi dağıtması haqda məlumat verir. Onların məlumatına əsasən, axtarış-xilasetmə işlərini insanların 3 metrdən 8 metrədək dərinlikdə olması faktı çətinləşdirir.

“Reuters”in yazdığı kimi, Cənub-Şərqi Asiya ölkəsində yağış mövsümü sentyabrda başlayıb və ehtimal ki, aprel ayına qədər davam edəcək, bu isə həddindən artıq yağış və daşqın riskini artırır.