İndoneziyada meşə yanğınlarını söndürmək mümkün olmur, bu səbəbdən tüstülənmə qonşu ölkələrə də yayılıb, Malayziyanın bir neçə ştatında məktəblər bağlanıb
İndoneziyada meşə yanğınlarını söndürmək mümkün olmur, bu səbəbdən tüstü qonşu ölkələrə də yayılıb. Sinqapurda çirklənmə göstəriciləri bu il ən yüksək həddə çatıb.
“Reuters”in məlumatına əsasən, ada dövlətinin Milli Ətraf Mühit Agentliyi havanın çirklənməsinin “çox yüksək” həddə çatdığını və bunun sağlamlıq üçün risklər yaratdığını açıqlayıb.
Şərqi Timor hökuməti güclü tüstülənmə səbəbindən oktyabrın 15-dən etibarən ölkədə tədris prosesini üç günlük dayandırdığını bəyan edib.
Malayziyada tüstülənmənin səbəb olduğu duman tənəffüs yolu xəstəliklərinin kəskin artmasına və havanın keyfiyyətinin ciddi şəkildə pisləşməsinə səbəb olub, bununla yanaşı ölkənin bir neçə ştatında məktəblər bağlanıb.
“Reuters” yazır ki, İndoneziya son 11 ilin ən intensiv yanğınları ilə mübarizə aparır, buna isə bir neçə ay davam edən quraqlıq səbəb olub. Alovun söndürülməsi üçün 69 000-dən çox yanğınsöndürən-xilasedici çalışır.