İndoneziyada futbol matçından sonra baş verən izdihamda ölənlərin sayı artdı

13:46, 02.10.2022

İndoneziyada futbol matçından sonra baş verən izdihamda ölənlərin sayı 174-ə qədər artdı. Hadisə artıq dünyanın ən dəhşətli stadion fəlakətlərindən biri kimi qiymətləndirildi.

Son göstəricilərlə, ən azından 180 nəfər xəsarət alıb.

Stadionda yaşanan faciəvi insident meydan sahibləri “Arema”-nın prinsipal rəqibə qarşı dolu tribunalar önündə uduzmasından sonra başladı, nəticədə azarkeçlər meydana soxuldular.

Polis stadiona basqın edən tamaşaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdi.

Çaxnaşma başlayandan sonra, minlərlə insan çıxışlara tərəf qaçdı və təlafat hava çatışmamazlığı səbəbindən baş verdi.

Oxşar