İndoneziya “BRİCS” beynəlxalq təşkilatına üzv oldu

15:30, 07.01.2025

 
İndoneziya “BRİCS” beynəlxalq təşkilatına üzv oldu.

İndoneziyanın Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, “BRICS”ə üzvlük başqa inkişaf etməkdə olan ölkələrlə əməkdaşlıq və tərəfdaşlığı artırmaq üçün strateji yoldur.

İndoneziya daha əvvəl inkişaf etməkdə olan ölkələrin və dırnaqarası Qlobal Cənubun maraqlarının gücləndirilməsi vasitəsi kimi qrupa qoşulmaq arzusunu ifadə etmişdi. 2025-ci ildə bloka sədrlik edən Braziliya hökumətinin məlumatına əsasən, üzv dövlətlər ilk olaraq Yohannesburqda 2023-cü ildə keçirilən “BRİCS” sammitində təsdiqlənmiş genişlənmə təşəbbüsünün bir hissəsi olaraq konsensusla İndoneziyanın təşkilata daxil olmasını təsdiqləyiblər.

Həmçinin, İndoneziyanın Xarici İşlər Nazirliyi ölkənin təşkilata üzvlüyünə töhfə verən Rusiyaya minnətdarlığını bildirib. İndoneziyanın əhalisi 280 milyonu ötür.

Oxşar