İmeretidə külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan bir nəfəri saxlayıblar

11:32, 10.10.2026

 

Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunan, əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

İstintaqla, təqsirləndirilən şəxsin vətəndaşı guya Tbilisidə, konkret ünvanda yaşayış binasının tikintisinin getdiyinə inandırdığı müəyyən edilib. O, zərərçəkənlə 80 kvadratmetrlik mənzilin 96 000 ABŞ dollarına alqı-satqısı haqqında müqavilə bağlayıb, bunun əsasında da vətəndaş təqsirləndirilən şəxsin göstərdiyi bank hesablarına məbləğin bir hissəsini mərhələli şəkildə köçürüb.

İstintaqla müəyyən edilib ki, müqavilədə göstərilən ünvanda yaşayış binasının tikintisi aparılmırmış və təqsirləndirilən şəxs zərərçəkənin köçürdüyü vəsaiti aldatma yolu ilə mənimsəyib.

Cinayət nəticəsində vətəndaşa dəymiş maddi ziyan 13 500 ABŞ dolları təşkil edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxsi hakimin qərarı əsasında saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə aparılır, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar