İmereti Polisi külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və döyüş sursatının qanunazidd şəkildə əldə edilməsi, saxlanılması ittihamı ilə bir nəfəri saxlayıb

11:39, 22.12.2025

 

Gürcüstanın Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, satışı və döyüş sursatının qanunazidd şəkildə əldə edilməsi, saxlanılması ittihamı ilə 1992-ci il təvəllüdlü C.D.-ni saxlayıblar.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hakimin qərarı əsasında intensiv şəkildə aparılan istintaq hərəkətləri nəticəsində, o cümlədən gizli audio-video yazılarının aparılması ilə C.D.-nin “Metadon” narkotik vasitəsini satdığı müəyyən edilib.

“Polis C.D. tərəfindən qanunsuz satılan narkotik vasitəni maddi sübut olaraq götürüb, həmçinin yaşayış evində axtarış nəticəsində patronlar götürülüb.

İstintaq Cinayət Məcəlləsinin 260, 260-3-cü və 236-cı maddələri ilə aparılır, bu isə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – DİN-in məlumatında qeyd olunub.

Oxşar