İlya Darçiaşvili ilə Çinin xarici işlər naziri arasında telefon danışığı olub

17:59, 20.04.2022

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə Çin Xalq Respublikasının xarici işlər naziri Vanq İ arasında telefon danışığı olub. XİN-dən verilən məlumata görə, Van gürcüstanlı həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Eyni məlumata görə, nazirlər Gürcüstan və Çin arasında əlaqələrin geniş spektrini müzakirə ediblər. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikası vurğulanıb. İlia Darçiaşvili qlobal pandemiya zamanı Gürcüstana humanitar dəstəyə görə Çin hökumətinə təşəkkür edib. İlia Darçiaşvili ilə danışan Vanq Çinin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib. Nazirlər Gürcüstan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini alqışlayıblar.

Tərəflər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bir daha təsdiq etdilər. Çinin xarici işlər naziri gürcü həmkarını Pekinə səfərə dəvət edib.

Oxşar