İlon Mask X-ə kiberhücumun Ukrayna ərazisində yaradılmış IP ünvanlarından həyata keçirildiyini bildirir
İlon Mask X sosial şəbəkəsinə kiberhücumun Ukrayna ərazisində yaradılmış IP ünvanlarından həyata keçirildiyini bildirir. Mask bu barədə “Fox News”un efirində deyib.
“Biz dəqiq nə baş verdiyinə əmin deyilik, lakin sistemi çökdürmək məqsədilə Ukrayna ərazisində yaradılmış IP ünvanlarından X-ə böyük kiberhücum həyata keçirildi” – Mask qeyd edib.
X sosial şəbəkəsi dünən fasilələrlə işləyirdi. Səhər saat 06:00-da problem barədə 20 500-dən çox istifadəçi, saat 10:00-da isə demək olar ki, 40 000 istifadəçi sistemin sönməsi barədə məlumat verdi.